22 Dekabr 2023 16:07
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bunu yolverilməz və qəbuledilməz hesab edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın Gümrüdəki bazasının hərbi polisinin bir vətəndaşı həbs etməsi ilə bağlı danışarkən deyib.

“Düşünürəm ki, Xarici İşlər Nazirliyimiz müvafiq reaksiya göstərməlidir, çünki bu, qəbuledilməzdir”, - spiker bildirib.

Gümrüdəki 102-ci bazanın hərbi polisi Ermənistana sığınan Rusiya vətəndaşı Dmitri Setrakovu həbs edib. O, Rusiyada müqaviləli hərbçi olub, amma Ukraynada döyüşməkdən imtina edərək Ermənistana sığınıb. Setrakov “hərbi hissəni könüllü tərk etməsi” ittihamı ilə Ermənistanda saxlanılaraq Gümrü hərbi bazasına aparılıb və barəsində cinayət işi başlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər