Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, həmsöhbətlər iki dost ölkə arasında qarşılıqlı hörmətin və “iki xalqın minillik qardaşlığı” əsasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələlər müzakirə edilib, görüş çərçivəsində hər iki tərəf İran-Ermənistan əməkdaşlığının dərinləşdirilməsini və bu istiqamətdə imzalanmış sazişlər çərçivəsində səmərəli addımların atılmasını bildirib.
Abdullahiyan və Qriqoryan Ermənistan hökumətinin nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinə də toxunub və regionda uzunmüddətli sülhün vacibliyini dilə gətirib.