Rusiya Prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Köçəryanı baş nazir kimi görmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya Prezidenti Aleksandr Vuçiç və Macarıstan Baş naziri Viktor Orbanı təbrik edib. Bu, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda təbiidir. Həmçinin Kreml sahibinin Yeni il münasibətilə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də təbiidir. Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur.
Putinin imkanı olsaydı, Baş nazir Nikol Paşinyanı devirib yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə otuzdurardı. Ancaq Köçəryan və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib. Bu, Paşinyana mesajdır”, - ekspert bildirib.