Ermənistana hazırkı münasibətinə görə Rusiyaya “yaxşı” demək çətindir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan deyib.
“Rusiya erməni xalqına Qərbə və ya NATO-ya getməyin Ermənistana yeni sınaqlardan başqa heç nə verməyəcəyini əsaslandırmaq üçün mənasız vəsaitlər xərcləyir. Zaman göstərdi ki, ermənilər gördüklərini rəhbər tuturlar, kim özünü mümkün qədər yaxşı və güclü təqdim edirsə, onun arxasınca gedirlər.
Rusiya Qərb-Rusiya qarşıdurmasında irəliləməyə çalışırsa, elə görünən addımlar atmalıdır ki, ilk növbədə insanların Rusiyaya inamını qaytarsın, sonra isə gələcəyə ümid oyatsın. Əks halda, hər gün pis və ya yaxşı Rusiyadan danışmağın mənası yoxdur”, - deputat bildirib.
Abramyan sabiq prezident Serj Sərkisyanın Rusiyadan narazılığına da diqqət çəkib:
“Serj Sərkisyanın fikrincə, ruslara öz maraqlarını izah etməli olan biz deyilik, onlar bunu bizdən qat-qat yaxşı bilirlər, amma buna nail olmaq yolunda böyük problemlərin olması hətta gündəlik münasibətlərdə də göz qabağındadır”.
“Şərəfim var” blokunun təsisçisi Sərkisyandır.