Ermənistan öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin keçmiş müavini Davit Ananyan deyib.
“Gizlədə bilmərik ki, hazırda çətin və dramatik vəziyyətdəyik, parçalanmağımız acı reallığa çevrilib. Dövlətçiliyi itirmək təhlükəsinin qara bulud kimi üzərimizdən asılı olduğu tarixin yol ayırıcındayıq”, - ölkənin keçmiş rəsmisi bildirib.