9 Yanvar 20:43
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsinə səylərini davam etdirir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan televiziyasına müsahibəsində deyib.

Qriqoryan bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşünün keçirilməsi məsələsi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono arasında danışıqların əsas mövzusu olub.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu da deyib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsinə dair son təkliflərinə cavab verib.

O prosesdə “müsbət dinamikanın” olduğunu vurğulayıb.

Qriqoryan bunu da bildirib ki, tərəflər sərhədin delimitasiyası ilə bağlı daha bir görüşün keçirilməsinə razılaşıblar: “Biz hazırda Azərbaycandan cavab gözləyirik. Biz hazırkı dinamikanı müsbət qiymətləndiririk”.

Qriqoryan ümid etdiyini bildirib ki, iki ölkə arasında sülh müqaviləsi mümkün qədər tez imzalanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər