11 Yanvar 16:20
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrəyə işgüzar səfərə gedəcək.

Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd yanvarın 14-də keçiriləcək IV Ukrayna Sülh Forumunda iştirak etməkdir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bundan əvvəl sözügedən forumun Maltada keçirilən toplantısına da qatılmışdı. Qriqoryan forum çərçivəsində Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşmüşdü.

Ermənistan rəsmisinin qərarı Rusiya Xarici İşlər Nazirliyi və Kremlin etirazına səbəb olmuş, “təxribat və müttəfiqliyə yaraşmayan davranış” adlandırılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər