Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Baş nazir Nikol Paşinyanın qərarı ilə isə Armen Abazyan yenidən Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib.
Xatırladaq ki, noyabrın 30-da hökumətin iclasında Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərinin təyinatı səlahiyyətinin prezidentdən alınıb baş nazirə verilməsinə dair qərar qəbul olunub.