Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub, istismara hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Gömrük Komitəsi sədrinin müavini Karen Tamazyan bildirib.
“Gömrük texniki vasitələr, pasport nəzarəti, sərhəd mühafizəsi baxımından sərnişinlərə lazımi səviyyədə xidmət göstərmək üçün hazırdır”, - Karen Tamazyan deyib.
Türkiyə 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına etiraz olaraq Ermənistanla hava və quru sərhədlərini bağlayıb. İki ölkə 2021-ci ilin dekabrında münasibətlərin normallaşması üçün addımlar atmağa hazır olduqlarını açıqlayıb. İkitərəfli münasibətləri tənzimləmək üçün qarşılıqlı xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr 2022-ci il iyulun 1-də Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi ilə bağlı razılığa gəliblər.