Rusiyadan alınan silahların ilk partiyası artıq Ermənistana təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə Komitəsinin üzvü Qaqik Melkonyan məlumat verib.
Onun sözlərinə görə, hərbi yük Ermənistana bu yaxınlarda çatdırılıb.
Melkonyan bildirib ki, partiya Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.
Dünən Müdafiə Komitəsinin sədri Andranik Köçəryan Rusiyaya sifariş verilən silahların Ermənistan tərəfindən alınıb-alınmaması ilə bağlı suala “Bəli, müəyyən qədər” cavabını vermişdi.
“İmzaladığımız müqavilənin miqyası baxımından gözlədiyimiz dərəcədə deyil, nəsə verirlər, amma əminəm ki, zaman keçdikcə həll olunacaq”, - Köçəryan vurğulamışdı.
Ermənistan Müdafiə Nazirliyindən yerli mətbuata verilən açıqlamada məlumat nə təkzib edilib, nə də təsdiqlənib.