ABŞ-nin Ermənistandakı səfiri Kristin Kuin bu ölkənin müdafiə naziri Suren Papikyanla işgüzar nahar edib.
Teleqraf.com xəbər verir ki, görüş amerikalı diplomatın dəvəti ilə baş tutub.
Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində ABŞ-Ermənistan əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.