19 Yanvar 15:49
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə məşğul olan xüsusi nümayəndələr arasında görüş hələlik planlaşdırılmır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ötən ilin sonunda rəsmi İrəvan bildirmişdi ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə nizamlanması prosesində ən azı əvvəlki razılaşmalar baxımından yaxşı xəbərlər ola bilər.

Ermənistan-Türkiyə nizamlanması məsələsi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüb, bu, onların dördüncü rəsmi görüşü olub. Həmin görüşdə tərəflər üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin ən qısa vaxtda açılması barədə razılığa gəlib. Amma icrada heç bir irəliləyiş yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər