21 Yanvar 10:39
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toqquşmaların miqyası genişlənərsə (Yaxın Şərq nəzərdə tutulur – red.), bunun xüsusilə Ermənistana hansı təsirinin olacağını təsəvvür etmək olar.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.

“Suriya paytaxtına həyata keçirilən hücum nəticəsində SEPAH-ın yüksək rütbəli zabitləri həlak olub. Zərbə nəticəsində Suriya tərəfi də itki verib. SEPAH döyüşçüləri və yüksək rütbəli zabitləri daim hədəfə alınır, çünki onun ayrı-ayrı bölmələri müxtəlif ölkələrdə xüsusi əməliyyatlara cavabdehdir və müxtəlif ölkələrin himayəsi altında fəaliyyət göstərən terror şəbəkələrinin hədəfinə çevrilir.

İlin əvvəlində İranda məşhur komandir Qasım Süleymaninin 4-cü ildönümü münasibətilə keçirilən mərasimdə terror aktı törədilib, bundan sonra İranın ən güclü bölməsi olan SEPAH cəza tədbirləri görür, dünyanın müxtəlif yerlərində antiterror əməliyyatları aparır.

Regionda ehtiraslar qızışır və bir-birinə vurulan zərbələrin ən təhlükəli həddə çatacağı, toqquşmaların miqyasının kəskin şəkildə genişlənəcəyi istisna edilmir.

Bunun Cənubi Qafqaza, xüsusən də hökuməti tərəfindən kor-koranə düşmənlərinin qucağına atılan Ermənistana necə təsir edəcəyini təsəvvür etmək olar”, - Tiqran Abramyan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər