26 Yanvar 18:33
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar prosesi tam miqyasına çatacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri ilə birgə bəyanatı zamanı deyib.

"Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinə düzəlişlərin başa çatdırılması üçün danışıqlar prosesi tam miqyasına çatacaq", - Paşinyan bildirib.

O, müzakirələr zamanı Ermənistan və Gürcüstan arasında sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün əməli addımlar atmaq üçün müvafiq idarələrə göstəriş verməyə razı olduqlarını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər