Ermənistanda hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur. Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”, - deyə o bildirib.