Ermənistan KTMT-nin ötən il Belarusda keçirilən sammitində qəbul edilmiş sənədləri hələ də imzalamayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Jurnalistin İrəvanı nə narahat etdiyi sualına Kostanyan belə cavab verib: “Bu, bizi narahat etmir, müzakirə olunur”.
Xatırladaq ki, sənədlər paketi noyabrda təşkilatın sammitinin keçirildiyi Minskdə qəbul edilib. Ermənistanın imzası yoxdur, nümayəndə heyəti sammitə getməyib.
KTMT baş katibi İmanqali Tasmaqambetov sammitdən sonra imzalanması üçün sənədləri Ermənistana gətirmişdi.