İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının abidəsini təhqir edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi bildirib.
Onun Ermənistan İstintaq Komitəsinə təhvil verildiyi bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə növbəti erməni vandallığını əks etdirən kadrlar əks olunub. Bu dəfə ermənilər Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir ediblər.
Birinci kadrda erməni vandalın əklilin arasından üzərində Rusiya bayrağı əks olunan lenti çıxarıb yerə atır və tapdalayır.
İkinci videoda isə o daha da irəli gedərək əklilləri yerə yıxır və mühasirədə olan Leninqrad uşaqlarını "faşistlər" adlandırır, "bu hadisəni təsdiq edən sənədin olmadığını" iddia edir.