1 Fevral 15:57
3 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) de-yure və de-fakto üzvlüyünün ikitərəfli münasibətlərə mənfi təsir göstərməməsi Rusiya üçün vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Burada şərh etmək üçün heç bir şey yoxdur. Bu, ümumilikdə Ermənistanın suveren hüququdur. Amma bizim üçün vacibdir ki, bu cür qərarlar həm de-yure, həm də de-fakto bizim ikitərəfli münasibətlərimizə təsir göstərməsin”, - Rusiya rəsmisi bildirib.

Roma Statutunu təsdiqləyən Ermənistan bu gündən BCM-in tamhüquqlu üzvü olub.

Beynəlxalq məhkəmə ötən ilin martında Rusiya Prezidenti Vladimir Putinin həbsinə order vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər