Ermənistan Baş naziri Nikol Paşinyan gizli şəkildə erkən parlament seçkilərinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Hakimiyyət həvəslə növbədənkənar parlament seçkilərinə hazırlaşır. Seçkilər zamanı yeni Konstitusiyanın qəbuluna çalışacaqlar.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbəmizin dediyinə görə, bir həftə əvvəl bütün yerli, rayon və şəhər strukturlarına hazırlıq barədə göstəriş göndərilib. Əmr gizli şəkildə verilib ki, ictimai və müxalif dairələr heç nədən şübhələnməsinlər.
Mənbəmiz bildirir ki, Paşinyan yaxın üç ayda həm yeni Konstitusiyanın qəbulu, həm də növbədənkənar parlament seçkilərini reallaşdırmaq istəyir. Hazırlıq üçün kifayət qədər ciddi tədbirlər görüləcək”, - məlumatda deyilir.