Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənstan mediası məlumat yayıb.
Xatırladaq ki, Levon Köçəryan ötən il 25 sentyabrda həbs edilib. O, Baş nazir Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.
Onun barəsində dörd polis əməkdaşını döyməklə bağlı ittiham irəli sürülüb.
"Hayastan" fraksiyasının üzvü Armen Çarçyan öz deputat səlahiyyətlərindən Levon Köçəryanın xeyrinə imtina edib. Buna görə də məhkəmə deputat toxunulmazlığı statusu qazanmış Levon Köçəryanı vaxtından əvvəl azad etməli olub.