8 Fevral 15:20
4 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-də işlərin nə yerdə olduğunu müzakirə etməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin (Sergey Lavrov) müavini Aleksandr Pankin deyib.

“Hamımız KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi və hərbi-siyasi ittifaq kimi səmərəliliyində maraqlıyıq. Əlbəttə, Ermənistanın təşkilat çərçivəsində təcili normal və tam işə qayıtması buna töhfə verərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz hələlik onu həqiqətən tərk ediblər.

İrəvandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində lazımi məsələləri müzakirə etməyə çağırırıq”, - Pankin vurğulayıb.

Rusiya rəsmisi hesab edir ki, KTMT çərçivəsində Ermənistanla dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik maraqlarına uyğundur:

“Bu, Avrasiya məkanı, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin dəstəklənməsinə xidmət edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər