13 Fevral 17:30
6 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəmanətimiz özümüz və xalqımızdır. Yalnız hərbi balansı bərpa etməklə ölkəmizi qoruya və təhlükəsiz edə bilərik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qaqik Melkonyan deyib.

“Bütün dünya ilə işləyirik, müasir hərbi texnika və sursat əldə edə bilərik. Artıq Hindistan və Fransa ilə müqavilələrimiz var, başqa ölkələrlə də razılaşmalar əldə etmişik. Bunlar hərbi balansı bərpa etmək üçün lazımdır”, - deputat söyləyib.

Melkonyan qeyd edib ki, Rusiya çoxdan verməli olduğu silahların az bir qismini bu yaxınlarda təhvil verib.

Erməni siyasətçi açıqlamasında sülhün “hərbi balansın təmin edilməsi”nə bağlı olması kimi təxribatçı fikrə də yer verib:

“Bölgədə sülhün olması üçün hərbi balans bərpa olunmalıdır. Biz hərbi balansı bərpa etdikdə sülh mümkün olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər