Rusiya Prezidenti Vladimir Putin Ermənistana gələcəyi halda həbs edilib-edilməyəcəyi məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Baş nazir Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində “Vladimir Putin Ermənistana gəlsə, onu həbs edəcəksinizmi” sualına dəqiq cavab verməyib.
Fevralın 1-də Ermənistan rəsmən Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulub. Bu, Ermənistan-Rusiya münasibətlərində ciddi problemlər yaradıb. Paşinyan bir neçə gün əvvəl beynəlxalq məhkəmə tərəfindən axtarışda olan Putinin həbsi məsələsinin siyasi yox, hüquqi məsələ və müzakirə edilməli olduğunu söyləyib. Kreml dərhal buna reaksiya verdi və İrəvandan Ermənistana səfər edəcəyi təqdirdə Putinin həbs edilməyəcəyinə dair təminat tələb etdi”, - məlumatda deyilir.
Nəşrin iddiasına görə, Qərb İrəvandan bu səfər baş tutacağı təqdirdə Rusiya liderini həbs etməyi tələb edib:
“Paşinyanın yayınma cəhdlərini bir neçə istiqamətdə şərh oluna bilər. Birincisi, Qərb Paşinyandan Putinin həbsinin mümkünlüyünü aşkar formada açıqlamasını tələb edərkən, o, dəqiq cavab vermir, əksinə, Ermənistanın hüquqi dövlət olduğunu deyir, bununla da məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə qoyur və Rusiya ilə münasibətləri havada saxlayır. Buna görə də Kremlin reaksiyasını obyektiv hesab etmək olar. Moskva bunu siyasi məsələ kimi dəyərləndirərək, İrəvanın niyyətinin nə olduğunu anlamağa çalışır.
Əlbəttə, Ermənistanda heç kim, o cümlədən Paşinyan Putini həbs etmək fikrinə düşə bilməzdi, amma sualın siyasi konteksti var. Aydın cavab Paşinyanın Ermənistanı hansı istiqamətdə apardığını göstərəcək, o, isə bundan yayındı”.