General-mayor Kamo Koçunts Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Xaçaturyan generalı Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında vəzifəsindən uzaqlaşdırıb. Koçuntsun yerinə Sərkisyan Hərbi Universitetinin rəisi Artur Yeroyan təyin edilib.
“Hraparak” qəzeti bundan əvvəl Paşinyanın Rusiyanın təsir dairəsində olan yüksək vəzifəli hərbçiləri ordudan uzaqlaşdıracağını yazmışdı. Nəşr bu baxımdan Kamo Koçuntsun da hədəfdə olduğunu bildirmişdi.
Generalın postundan uzaqlaşdırması Ermənistan ordusunun sərhəddə Azərbaycanın mövqelərinə qarşı təxribatından sonraya təsadüf etməsi də diqqət çəkir. Azərbaycanın sərhəd qüvvələrinin məlum təxribata cavabı sərt olub. Nəticədə təxribatçı tərəfin bir neçə hərbçisi və postu məhv edilib.