14 Fevral 12:13
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bu gün İrana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, Ermənistan rəsmisi İran və Ermənistan arasında 18-ci müştərək iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edəcək.

2 günlük səfər çərçivəsində İran və Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə danışıqların aparılacağı bildirilir.

Ermənistan baş nazirinin müavinin İranın vitse-prezidentləri, xarici işlər, səhiyyə və energetika nazirləri, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri, Gömrük Administrasiyasının baş direktoru, Ticarət İnkişafı Təşkilatının sədri, Milli Qaz Şirkətinin icra direktoru və bank rəsmiləri ilə görüşəcəyi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər