İranın proqram və büdcə təşkilatının rəhbəri Davud Mənzur Ermənistanla 19 müxtəlif sahəni əhatə edən 21 bəndlik əməkdaşlıq sənədinin imzalandığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İran-Ermənistan birgə iqtisadi komissiyasının iclasında bildirib.
Mənzur qeyd edib ki, son iki gündə İranın 21 dövlət qurumu Ermənistanla məsləhətləşmələr aparıb.
Davud Mənzur iki ölkə arasındakı özəl razılaşmalara nəzarət edən xüsusi komissiyanın yaradılmasına toxunaraq, qurumun iclasının altı aydan sonra Ermənistanda keçiriləcəyini söyləyib.