19 Fevral 13:29
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə söyləmişəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil, bu, bizim səmimi mövqeyimizdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Ukrayna ətrafında çətin vəziyyətin yarandığını qeyd edib:

“Bizim mövqeyimiz də mürəkkəbdir. Almatı bəyannaməsini qəbul edirik, amma bu, təkcə bizim üçün yox, Sovet İttifaqının 13 respublikası, o cümlədən Rusiya və Ukrayna tərəfindən də qəbul olunub.

Ukrayna ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, Almatı bəyannaməsi müstəqilliyimizi və ərazi bütövlüyümüzü tanımaq üçün əsasdır. Bizim məntiqimizə görə, eyni şey Ukrayna məsələsində də keçərli olmalıdır, çünki bu sənəd hamımıza aiddir. Əgər onu məhv etsək, hər şeyi məhv etmiş olacağıq.

Mən çoxdan demişəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil və bu, bizim səmimi mövqeyimizdir. Mən bu barədə ilk dəfə iki il əvvəl danışmışam, çox təəssüf edirik ki, bu vəziyyətə heç bir təsir göstərə bilmirik. Ukrayna xalqı bizim dostumuzdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər