23 Fevral 13:40
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron qərar verib ki, Ermənistan Müdafiə Nazirliyinə dəstək verməliyik. Hazırda prioritet müdafiə silahlarının verilməsi və bunların istifadəsinə dair təlimlərin keçirilməsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu deyib.

“Ermənistanın əməliyyat ehtiyaclarından çıxış edəcəyik, həmin ehtiyacları nəzərə alaraq müvafiq təkliflər verməliyik”, - nazir Ermənistanda silah istehsalına başlamaq məsələsini şərh edərkən qeyd edib.

Lekornunun iddiasına görə, söhbət yalnız müdafiə silahlarından gedir, sosial şəbəkələrdə Fransanın mövqeyi bəzən təhrif olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər