29 Fevral 17:26
3 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-dən çıxmaq imkanını heç kim istisna etmir, cəmiyyətimiz də bundan danışır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Cəmiyyət bu tələbi daim təqdim edir. Hətta jurnalistlər də soruşurlar”, - spiker bildirib.

“Bu, Rusiya ilə əlavə problemlər yarada bilərmi sualına” Simonyan belə cavab verib:

“Düzünü desəm, bilmirəm hansı problemləri yaradacaq: bizə hücum edəcək, sanksiya tətbiq edəcək, ya nə edəcək? Bizim müdafiəyə ehtiyacımız vardı, amma onlarla epizoddan sonra müttəfiqimizin bizə kömək etmədiyi bəlli oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər