1 Aprel 16:47
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı iddia təkzib edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin hakim “Vətəndaş Müqaviləsi” Partiyasından bildirilib.

Yerli mətbuatda Paşinyanın partiyanın təcili toplantısını çağırması, istefa qərar verdiyini və sentyabrın 10-da erkən parlament seçkilərinin keçiriləcəyini açıqladığı barədə iddia yayılıb.

Yayılan məlumatla bağlı 1or.am hakim partiyadan açıqlama almağa çalışıb. Partiyadan portala deyilib ki, bu iddia sadəcə uğursuz 1 aprel zarafatıdır, bu barədə şərh vermək fikrində deyillər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər