Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Robert Köçəryan iki aydan çoxdur ölkədə deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Köçəryanın tərəfdarları və komanda yoldaşları liderlərinin aktiv siyasətdən getmədiyini, komandadaxili prosesləri idarə etdiyini inkar etməyə çalışırlar. Amma reallıq budur ki, Köçəryan əlini siyasətdən, ölkəni məşğul edən məsələlərdən çəkərək rahat həyata üstünlük verib. “Ermənistan” blokundakı (parlement fraksiyası) yoldaşları həftələrdir, hətta aylardır üzünü görmürlər.
Əldə etdiyimiz məlumata görə, Ermənistanın ikinci prezidenti uzun müddətdir Avropadadır. Böyük ehtimalla Almaniyadadır, oradan martın 8-də qadınlar və seçilməsi münasibətilə Vladimir Putinə təbrik məktubu göndərib. Ora yanvarın sonunda gedib”, - nəşr yazır.
“Ermənistan” fraksiyasının deputatı Aqnesa Xamoyan deyib ki, Köçəryanı sonuncu dəfə ötən ilin sekabrında blokun toplantısında görüb.