Dünyadakı mövcud durumda Ermənistan üçün nə Qərb, nə də başqa yerlərdən müsbət nəsə gözləməyə dəyər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
“Qərbin erməni xalqına növbəti hədiyyəsi üç barmağın kombinasiyasını göstərmək olacaq. Həmişə olduğu kimi... Nikol Brüsselə məmnuniyyətlə getdi. Çünki təhlükəsizliyi üçün onlardan asılıdır. Başqalarının niyə xoşbəxt olduqlarını anlamıram. Bəlkə pul barədə eşidib sevinirlər? Pul ehtirasına qapılıb xalqın başına yeni bəla gətirəcəklər. Pul problemi həll etməyəcək”, - Zakaryan bildirib.
ABŞ, Avropa Birliyi və Ermənistan arasında üçtərəfli görüş bu gün Belçikada (Brüssel) keçiriləcək.