Ermənistan ərazi bütövlüyü və suvcerenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.
N.Paşinyan vurğulayıb ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.