24 Aprel 12:24
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə ermənilərin Türkiyəyə qarşı qondarma iddialarına dəstək verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Fransa lideri qondarma erməni soyqırımını unutmadığını vurğulayıb.

“Bu gün Fransa 1915-ci il erməni soyqırımının (qondarma iddia) 109-cu ildönümünü qeyd edir. Poqromlar, deportasiyalar və repressiyalar qurbanlarının xatirəsini yaşadaq. Unutmayaq. Fransızlar və ermənilər əbədi olaraq bağlıdırlar”, - Makron bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər