1 İyun 11:36
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyanın təbii fəlakətlərə görə təklif etdiyi yardımdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Bir neçə gün əvvəl güclü yağışlar nəticəsində Lori və Tavuş vilayətlərində fövqəladə vəziyyət yaranıb. Ermənistan hökumətinin qərarı ilə bir sıra kəndlər “fəlakət zonası” elan edilib. Nəşr yazır ki, təbii fəlakətin ilk saatlarında Rusiya müxtəlif rəsmi kanallar vasitəsilə Ermənistana yardım təklif edib.

İlk olaraq Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Ermənistan tərəfinin müraciəti olacağı təqdirdə Rusiya Silahlı Qüvvələrinin vasitə və qüvvələri dərhal 102-ci hərbi hissədən təbii fəlakət zonalarına göndəriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bəyan edib ki, Rusiya daşqından zərər çəkmiş ərazilərin bərpasında Ermənistana kömək etməyə hazırdır. Amma “Past”ın mənbələrinə görə, Ermənistan Rusiya tərəfinin fəlakət zonasında birbaşa iştirakını nəzərdə tuta bilən bu cür dəstəyi rədd edib.

İrəvanın Rusiyadakı səfiri Ermənistan Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək rusiyalı tərəfdaşlarına söyləyib ki, Ermənistan fəlakətin öhdəsindən təkbaşına gələcək və Rusiyanın köməyinə ehtiyac duymur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər