1 İyun 18:10
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan geosiyasi baxımdan çıxılmaz vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

Sabiq nazir ölkəsinin Qərblə Rusiya arasında sıxılıb qaldığını bildirib.

“Müdafiə naziri olarkən Paşinyana niyə Qərbə üz tutmalı olduğunu və hansı təhlükəsizlik zəmanəti ala biləcəklərini soruşdum, amma baş nazir bunu heç bir şəkildə əsaslandırmadı”, - Karapetyan qeyd edib.

Keçmiş müdafiə naziri Ermənistanın İranla əlaqələrinə də diqqət çəkib: “Ermənistan İranla münasibətlərdən vaz keçməyib, amma yaxın dost olmaq da istəmir. Çünki hökumət ABŞ-nin təzyiqi altındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər