1 İyun 15:03
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin qazaxıstanlı həmkarı Yerlan Koşanovla KTMT Parlament Assambleyası Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, spikerlər telefonla danışıblar.

KTMT şurasının sessiyası iyunun 3-də Almatıda keçiriləcək. Sessiyanın gündəliyinə qanunvericiliyin uyğunlaşdırılması və digər məsələlər daxildir. Ermənistan iclasa qatılmayacaq.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik edəcəyi nümayəndə heyəti iyunun 3-6-da Sloveniyanın paytaxtı Lüblyanaya rəsmi səfərə göndəriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər