1 İyun 16:23
4 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlamasına çalışır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

“Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın doğum günüdür. Nikol Vovaeviçə müdriklik arzulayıram ki, Rusiya-Ermənistan münasibətlərində ölümcül səhvlərə yol verməsin”, - ekspert bildirib.

Korotçenko Azərbaycan-Ermənistan sülh prosesinə də diqqət çəkib:

“Ermənistana Azərbaycanla sülh lazımdır ki, iki ölkə və iki xalq yanaşı, dinc yaşayıb inkişaf etsin, Cənubi Qafqaz regionuna sabitlik gəlsin.

2024-cü ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını arzulayırıq. Amma Fransa yeni müharibə istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər