5 İyun 18:18
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyan Ermənistan hakimiyyətini tezliklə devirəcəyini bəyan etməkdə tələskənliyə yol verdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, revanşist keşiş işlərinin yolunda getmədiyini bildirib.

“Mənə çox deyirlər ki, 7-10 gün dedin. Bəli, dedim, düşüncəmiz beləydi. Amma o 7-10 günlük müddətdə anladıq ki, hakimiyyəti dəyişməkdən daha ciddi problemlərimiz var”, - Qalstanyan jurnalistlərin müvafiq suallarına cavabında qeyd edib.

Keşiş hakimiyyət dəyişikliyinə yol aça biləcək kütləvilik yarada bilmədiyini də dolayısı ilə etiraf edib: “Qarşımızda min bir fərqli problem çıxdı, indi də var. Əlbəttə, hədəfə çatmaq istəyimiz olub. Biz heç kimi aldatmamışıq, aldatmırıq, aldatmayacağıq da”.

Artıq keçmiş zamanda danışan Baqrat Qalstanyanın bu açıqlaması erməni mənbələrində revanşistlərin məqsədlərinə çatmadan geri çəkilmələri kimi şərh olunur.

Qeyd edək ki, Qalstanyan mayın 9-da aksiyalara başlayanda qarşıdakı 7-10 gün ərzində Baş nazir Nikol Paşinyanı devirəcəklərini bəyan etmişdi.

Baqratın təxminən bir ay əvvəl verdiyi bəyanat belə idi: “Aylarla küçələrdə dolaşmaq istəmirəm, uzağı 7-10 günə məqədlərimizə çatacağıq. Söz verirəm. Konkret tədbirlər görəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər