6 İyun 11:29
7 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Göyçənin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

K.Sərkisyan bildirib ki, Azərbaycan qoşunlarını Göyçə bölgəsinin ərazilərindən geri çəkməlidir.

Jurnalistlər “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına K.Sərkisyan belə cavab verib:

“Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”.

Qeyd edək ki, söhbət 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmadan gedir. O vaxt Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz bunu bərpa etdi. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların “ərazisindədir”, lakin bu iddialarını isbat edə bilməyiblər. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib.

Qubernator K.Sərkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər