Beynəlxalq danışıqlar formatı olan ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək. Sülh sazişindən sonra bu məsələ də həll olunacaq”, - o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, rəsmi Bakı İrəvana təklif edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin: “Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”.