Keşiş Baqrat Qalstanyan bir aydır Ermənistan müxalifətinin dəfn mərasiminə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
Deputat hökuməti qorxaq adlandıran müxalif həmkarlarını məntiqsiz, Baş nazir Nikol Paşinyana isrefa verməsi üçün 96 saat vaxt verən Baqratın bu tələbini mənasız mesaj adlandırıb.
“Əvvəl bir saat vaxt verdiniz, indi də gəlib deyirsiniz ki, 96 saatınız var. Heç bir hüquqi qüvvəsi olmayan mesajdır”, - Koncoryan bildirib.
Deputat müxaliflərə belə bir ritorik sual da ünvanlayıb: “Baqrat Qalstanyanın sizə nə etdiyini hiss edirsinizmi? Baqrat Qalstanyan bir aydır davamlı sizin siyasi dəfn və anım mərasiminizə hazırlaşır”.
Xatırladaq ki, iyunun 9-da keçirilən mitinqdə Baqrat 4 gün, yəni 96 saat fasiləsiz küçədə qalmağa çağırıb, bu yolla hakimiyyət dəyişikliyinə nail olacaqlarını əmin edib. O, müxalifətdən olan deputatları da Baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq prosesinə başlamağa çağırıb. Amma Ermənistan Milli Assambleya Şurası müxalifətin bu məqsədlə parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı tələbini rədd edib. Hakim partiya iyunun 17-də keçiriləcək iclasda iştirak etməyəcəyini də açıqlayıb.