Parlament müxalifəti çox gözəl bilir ki, müraciət layihəsi ilə istefaya nail olmaq mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Hayk Koncoryan deyib.
Onun sözlərinə görə, Baqrata dəstək verən parlament müxalifətinin real proqramı yoxdur:
Koncoryan vurğulayıb ki, sözügedən iclas keçirilsə və bu müraciət əsasında hansısa səsvermə olsa belə, bunun hüquqi qüvvəsi olmayacaq, çünki hakim partiya həmin iclasa qatılmayacaq:
“İndi ən vacib sual müxalifətin niyə öz tərəfdarları və hamıya yalan danışmasıdır. Parlament müxalifəti çox gözəl bilir ki, müraciət layihəsi ilə istefaya nail olmaq mümkün deyil. Baqratın da bundan xəbəri var, bilməyənlər yalnız tərəfdarlarıdır. Yəni onlara yalan danışırlar. Baqrat və müxalifət başqa məqsəd güdür.
Plan belədir: bu yalan vasitəsilə mümkün qədər çox adamı parlamentin qarşısına toplamaq, toqquşmalara səbəb olmaq, xaos yaratmaq”.
Deputat qeyd edib ki, revanşistlər vətəndaş toqquşmasına nail olmaq üçün emosional fonu qızışdırmağa çalışırlar: “Həmin məzmunla vəziyyəti bir az da qızışdırmaq üçün saxta impiçment prosesi başlamalıdır, çünki onların real impiçment üçün lazımi səsləri yoxdur”.
Koncoryanın fikrincə, revanşistlərin planlarının nə olmasından asılı olmayaraq, məqsədilərinə çatmayacaqlar.