12 İyun 16:50
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlində bu qədər güclü oyun kartları olan Rusiya Ermənistan daxilində niyə dəstəyini itirir?

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Trenin deyib.

Ekspert bunun Rusiya hökuməti və xarici siyasəti üçün çox ciddi problem olduğunu bildirib: “Ermənistanda iqtisadi varlığı, tarixi əlaqələri, emosional bağları və sairlə güclü olan Rusiya bu ölkənin siyasi və informasiya məkanında niyə bu qədər passivdir? Ermənistanla Rusiya arasında korlanan münasibətlər nə qədər uzağa gedə bilər? Bu pisləşmənin səbəbi nədir?”.

O əlavə edib ki, son 6 ildə Ermənistanda Rusiyaya qarşı münasibət heç olmadığı qədər dəyişib: “Mən bunu dramatikləşdirməzdim, amma fakt budur ki, bizim dünya haqqında anlayışımız sürətlə dəyişən reallıqdan geri qalır. Biz hələ də köhnə fikirlərlə yaşayırıq”.

Treninin iddiasına görə, Ermənistan rəhbərliyinin siyasi kursu maraqlarına uyğun olmasa da, Rusiya bu ölkədə inqilab etmək fikrində deyil:

“Rusiya hesab edir ki, Ermənistanın öz müqəddəratını həll etmək üçün suveren hüququ var, bu, Ermənistanın öz işidir, amma Rusiya rəngli inqilablar ixrac etməklə məşğul deyil. Putin belə inqilablara qarşı mübarizə aparır.

Rusiya Ermənistanda daxili siyasi vəziyyətin inkişafını diqqətlə izləyir, amma buna mane olmur. Rəngli inqilab edənlər başqa yerdə oturublar”.

Rusiyalı politoloq qeyd edib ki, Ermənistan sürətlə Rusiyadan uzaqlaşır, amma Moskvada buna mane ola bilmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər