12 İyun 18:59
4 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etirazçı hərəkatın lideri, keşiş Baqrat Qalstanyanın Baş nazir Nikol Paşinyana istefa üçün verdiyi 96 saatlıq vaxt (4 gün) bu gün başa çatıb.

Teleqraf.com xəbər verir ki, revanşist keşiş bundan əvvəl də Paşinyana üç dəfə istefa üçün vaxt versə də, məqsədinə nail olmayıb.

Baqrat İrəvanda 4 gün müddətinin başa çatması ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Bir aydan çoxdur azsaylı dəstəsi ilə davam etdirdiyi aksiyalarda dəfələrlə məyus olan Baqrat bu dəfə də özünü o yerə qoymayıb, guya həyatını “sonsuz mübarizə”yə həsr edib.

“Müddət bitmir, bizim mübarizəmiz zamansızdır. Bəli, 4 gün dedim, sonra yenə 4 gün, sonra 1 ay, sonra 1 il deyə bilərəm”, - Baqrat söyləyib.

Keşişin bu gün üçün elan etdiyi kütləvi mitinq planı da baş tutmayıb. Onun iddiasına görə, bu gün Ermənistanda böyük dəyişikliyin ilk günü olmalıydı. Amma olmadı...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər