Bütün ermənilərin katalikosu II Qareginin xeyir-dua verdiyi revanşist hərəkat məhv məhkumdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib.
Aparat rəhbəri hərəkat lideri Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın İrəvandakı son təxribatlarına diqqət çəkib:
“Bunda qəribə heç nə yoxdur. Əsl Ermənistan keçmişdən gələn böyük müqavimətlə qurulur. Katolikosun xeyir-dua verdiyi hərəkat ictimaiyyətin dəstəyini qazanmadığı üçün narahat olmağa dəyməz, məhvə məhkumdurlar. Biz müstəqil, suveren və real Ermənistanın qələbəsini sakitcə qeyd etməliyik”.