13 İyun 14:44
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klerikal-feodal elitasına deyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, acizsiniz, zəifsiniz.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İndi gəliblər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Ermənistan KTMT-yə versinlər. Amma mən klerikal-feodal elitasına açıq şəkildə demək istəyirəm ki, siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, gücsüzsünüz”, - deyə o bildirib.

Nikol Paşinyan qeyd edib ki, müxalifət xalqdan doğan və bundan qidalanan legitimlik qarşısında sadəcə acizdir: “Yalnız Ermənistan xalqı istədiyi vaxt Ermənistanda hakimiyyəti dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu