13 İyun 21:36
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Vazgen (Baqrat) Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə hərəkət edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib.

Aparat rəhbəri Baqratı “Qareginin oğlu” adlandırıb:

“Bu Eçmiədzin keşişi baş nazirə (Nikol Paşinyan) qarşı birbaşa zorakılığa çağırış edib.

II Qaregin nifrətin içindədir.

İndi də küçə hərəkatının lideri kimi öz qulluqçuları vasitəsilə dövlətə qarşı çıxır. Bunun geriyə dönüşü olmayacaq.

Əgər bütün ermənilərin katolikosuna elə gəlirsə ki, kilsənin Ruhani Şurasının verdiyi açıqlama bütün bunların məsuliyyətini onun üzərindən götürür, çox yanılır. Çünki Baqrat Qalstanyanın özü söyləyib ki, bütün bunları katolikosun xeyir-duası ilə bu qarışıqlığı edir. Katolikos da təəccüblü şəkildə bunu təkzib eləmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər