13 İyun 18:12
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Minsklə bağlı bəyanatları ilə əlaqədar bu ölkədəki səfirini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz məlumat verib.

Sözçü baş verənlərlə bağlı rəsmi İrəvandan izahat tələb edildiyini, bu məqsədlə Ermənistan səfirinin XİN-ə çağırıldığını bildirib.

“Bu gün Ermənistan səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan bu məsələni bizə izah etmək tələb edilib. Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvandakı səfirimiz də Minskə gələcək”, - Qlaz deyib.

Nikol Paşinyan bundan əvvəl Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə getməyəcəyini açıqlamışdı. Baş nazirin açıqlamasından sonra Ermənistanın Belarusdakı səfiri geri çağırılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər