14 İyun 14:19
2 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistandakı səfirini dəyişir, İrəvana ciddi fiqur göndəriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr xatırladır ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-dən çıxmaqla bağlı aqressiv açıqlama verib:

“Paşinyan keçmiş hakimiyyətin üzvlərinin Ermənistanı müdafiə etməyən, bizə qarşı müharibə planlaşdıran “köpükdən ittifaq”a girdiyini söyləyir. Həmçinin o, KTMT-dən ayrılacaqlarını və bu barədə qərar verəcəklərini açıqlayıb.

Baş verən son gəlişmələr fonunda Rusiya Ermənistanda səfir dəyişikliyi həyata keçirir. İrəvana kifayət qədər ciddi fiqur göndərməyə hazırlaşırlar”.

Nəşr bildirir ki, Ermənistan liderinin KTMT ilə bağlı açıqlamaları Kremlin xoşuna gəlməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər